Suriyada benzinin qiyməti bahalaşdı, etiraz aksiyaları başladı
Dünya
Suriyanın Hələb, İdlib, Həsəkə, Rəqqa və Deyr əz-Zor şəhərlərində etiraz aksiyaları başlayıb.
News24.az xəbər verir ki, buna səbəb ölkədə neft məhsullarının qiymətinin artırılması ilə bağlı verilən qərar olub.
Etirazçılar bir neçə avtomobil yolunu, o cümlədən M-5 beynəlxalq magistralını bağlayıblar.
Telekanal etirazlar zamanı böyük yanğınların baş verdiyini əks etdirən görüntülər yayıb.
Etirazçılar yolları bağlayaraq avtomobil şinlərini yandırıblar. Bəzi şəhərlərdə isə aksiya iştirakçıları yanacaq daşıyan avtomobillərin hərəkətinə mane olublar.
Qeyd edək ki, Suriyada yanacağın qiymətlərini Energetika Nazirliyinin yanında fəaliyyət göstərən xüsusi komitə müəyyənləşdirir.
Sentyabrın 12-də komitə benzin, qaz və dizel yanacağının qiymətlərini artırıb.
Nəticədə yanacağın qiyməti 25–40 faiz bahalaşıb.