Suriyada partlayış oldu: ölən və yaralananlar var – FOTOLAR

Suriyada partlayış oldu: ölən və yaralananlar var – FOTOLAR Dünya

Suriyanın paytaxtı Dəməşqin Cəramana məhəlləsində baş verən güclü partlayış nəticəsində ölən və yaralananlar var.

News24.az xəbər verir ki, ölkənin rəsmi SANA agentliyinin məlumatına görə, Cəramana məhəlləsində mikroavtobusa yerləşdirilmiş kustar üsulla hazırlanmış partlayıcı qurğu işə düşüb.

Suriya dövlət televiziyası "Əl-İxbariyyə" də sərnişin mikroavtobusuna yerləşdirilən partlayıcının partlaması nəticəsində ölən və yaralananların olduğunu bildirib.

Televiziyanın yayımladığı Səhiyyə Nazirliyinin açıqlamasında qeyd olunub ki, partlayışdan sonra bölgədəki xəstəxanalar yüksək hazırlıq vəziyyətinə gətirilib.

Məlumata görə, partlayış zamanı yaralanan 7 nəfər xəstəxanaya yerləşdirilib. Həmçinin hadisə yerində həlak olan şəxslərə aid bədən üzvlərinin ətrafdan toplandığı bildirilib. (Anadolu)

Suriyada partlayış oldu: ölən və yaralananlar var – FOTOLAR Suriyada partlayış oldu: ölən və yaralananlar var – FOTOLAR