Suriyada su bəndi uçdu - Təhlükə artır

Suriyada su bəndi uçdu - Təhlükə artır Dünya
Suriyada zəlzələ nəticəsində su bənd dağılıb.

News24.az xəbər verir ki, onlarla yaşayış məntəqəsi su altında qalıb. Yerli sakinlər təxliyə edilib.

Məlumata görə, suyun səviyyəsi hələ birinci mərtəbələrdən yuxarı qalxmasa da, təhlükəli vəziyyət yaranıb. Buna səbəb isə bir çox şəhərdə dağılmış binalarda hələ də insanların olmasıdır.

Su dağıntıların arasına sızarsa, orada olan insanların sağ qalma şansı sıfıra enəcək.

Hazırda ölkədə xilasetmə qrupları işləyir. İnsanlar müvəqqəti düşərgələrə aparırlar.

Teymur MƏMMƏDOV