Sürücü maşınına qartopu vuran qızlara hücum etdi
Dünya
Rusiyanın Kirov şəhərində sürücünün hücumuna məruz qalan iki 14 yaşlı məktəbli qız xəsarət alıb.
News24.az xəbər verir ki, hadisə noyabrın 7-də Radujnı və Varsegi məhəllələri arasındakı yolda baş verib.
Məlumata əsasən, qızlar qartopu oynayarkən atdıqları qartoplarından biri təsadüfən yoldan keçən avtomobilə dəyib. Buna əsəbiləşən sürücü avtomobili saxlayaraq maşından düşüb və yeniyetmələrə qışqırmağa başlayıb. Daha sonra o, məktəbli qızlara hücum edib.
Hadisə nəticəsində hər iki yeniyetmə xəsarət alıb. Sürücü isə hadisə yerindən uzaqlaşıb. Hazırda polis onun şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görür və hadisənin təfərrüatlarını araşdırır.