Sürücülərə radarların yerini xəbər verirdilər, saxlanıldılar

Sürücülərə radarların yerini xəbər verirdilər, saxlanıldılar Dünya

Türkiyənin Nevşehir şəhərində yol polisi və jandarmanın keçirdiyi yoxlamaların yerlərini əvvəlcədən “WhatsApp” qrupunda paylaşan üç nəfər saxlanılıb.

Məlumata görə, 1024 üzvü olan “Nevşehir Radar Çevirme Bilgilendirme Grubu” adlı “WhatsApp” qrupunda yol hərəkəti və ictimai asayiş üzrə yoxlamaların aparıldığı məntəqələr barədə operativ məlumatlar paylaşılıb.

Jandarmanın araşdırması nəticəsində qrupun fəaliyyətinin hüquq-mühafizə orqanlarının əməliyyatlarının effektivliyini azaltmağa yönəldiyi müəyyən edilib.

Qrupun idarəçiləri barəsində hüquq-mühafizə orqanlarının fəaliyyətinə mane olmaq və yoxlamaların effektivliyini azaltmağa yönəlmiş hərəkətlərlə bağlı araşdırma başlanılıb.

İstintaq prokurorluğun göstərişi ilə davam etdirilir.