Sürücülük vəsiqələrinin rüsumları artırılacaq: - yeni məbləğ

Sürücülük vəsiqələrinin rüsumları artırılacaq: - yeni məbləğ Dünya

Rusiya Maliyyə Nazirliyi sürücülük vəsiqələri və nəqliyyat vasitələrinin qeydiyyat sənədləri üçün dövlət rüsumlarının ciddi şəkildə artırılmasını nəzərdə tutan layihə hazırlayıb. 

News24.az xəbər verir ki, məsələ iyunun 30-da hökumət komissiyasında müzakirə edilib.

Təklif olunan dəyişikliyə əsasən, sürücülük vəsiqəsinin alınmasının qiyməti təxminən iki dəfə artacaq. Köhnə üslublu sənəd əvvəlki 2000 əvəzinə 4000 rubl, yeni nəsil lisenziya isə 6000 rubla başa gələcək. Beynəlxalq sürücülük vəsiqələri də bahalaşacaq - onların qiyməti 3200 rubla qədər artacaq.

Yeni nəsil sürücülük vəsiqəsi – 6000 rubl (əvvəl 3000),

Köhnə tip vəsiqə – 4000 rubl (əvvəl 2000),

Beynəlxalq vəsiqə – 3200 rubl olacaq

Rüsumların artırılması qanun layihəsi təsdiqlənəcəyi halda 2025-ci ildən qüvvəyə minə bilər.

Aqil