Sürünür, tullanır, qərar verir: Çində yeni humanoid robot təqdim edildi – VİDEO
Dünya
Çində daha bir insanabənzər robot təqdim olunub.
News24.az xəbər verir ki, bu robot yüksək dəqiqlik və hərəkət axıcılığı ilə seçilir.
O, sənaye məqsədləri üçün hazırlanıb və məhdud məkanlarda işləyə bilir. Ehtiyac olduqda dirsək və dizləri üzərində sürünə bilir, hətta kenquru kimi tullanma qabiliyyətinə də malikdir.
Robot tam avtonom süni intellekt modeli ilə idarə olunur və maneələri necə aşacağını özü qərarlaşdırır.
Cihaz “TianKung Omni” adlanır və “X-Humanoid” şirkəti tərəfindən hazırlanıb. O, bazarda “Unitree G1” modelinə rəqib kimi təqdim olunur.