Tailandda güclü yanğın: 27 ölü, xeyli xəsarət alan var

Tailandda güclü yanğın: 27 ölü, xeyli xəsarət alan var Dünya

Tailandın paytaxtı Banqkokun şimal hissəsində yerləşən Na Ladprao əyləncə mərkəzində gecə saatlarında baş verən güclü yanğın nəticəsində azı 27 nəfər həyatını itirib, onlarla insan isə müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

News24.az xəbər verir ki, hadisə barədə ölkə rəsmiləri məlumat veriblər.

Tailandın Baş naziri Anutin Çarnvirakul yaralananlardan bir neçəsinin vəziyyətinin ağır olduğunu bildirib.

Yanğının başvermə səbəbi araşdırılır.

Məlumata görə, həlak olanların bir çoxunun meyiti məkanın arxa hissəsində yerləşən sanitar qovşaqların yaxınlığında aşkar edilib.

Bəzi təxliyə çıxışları pivə yeşikləri və mebellərlə qismən bağlandığından insanların binanı tərk etməsi çətinləşib. Bu məlumat hazırda istintaq çərçivəsində araşdırılır.

Yanğınsöndürənlər alovu təxminən 30 dəqiqə ərzində nəzarət altına alıblar. /AP/