İtaliyada iki min insan koronavirusdan sağalıb
Dünya
İtaliyada koronavirusundan təxminən iki min insan sağalıb.
News24.az RİA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin mülki müdafiə rəhbəri Angelo Borrelli keçirdiyi brifinqdə bildirib.
O qeyd edib ki, gün ərzində virusdan ölənlərin sayının 175 nəfər olub və qurbanların ümumi sayı 1411-ə çatıb.
A.Borelli onu da vurğulayıb ki, bu gün 527 nəfər koronavirusdan sağalıb. Bu da sutka ərzində xəstəliyə qaliblərin ən böyük göstəricisidir.
Bununla da sağalanların sayı 1966-ya çatıb.