İtaliyada "Meta" şirkətinə qarşı istintaqa başlanılıb

İtaliyada "Meta" şirkətinə qarşı istintaqa başlanılıb Dünya
İtaliyanın Milan şəhər prokurorluğu "Meta" korporasiyasına qarşı istintaqa başlayıb.

Bu barədə "ANSA" agentliyi xəbər verib.

Məlumata əsasən, koroorasiya 870 milyon avro məbləğində ƏDV-nin ödənilməməsi ilə bağlı şübhəli bilinir.

Bildirilib ki, səlahiyyətli orqanlar tərəfindən aparılan yoxlama nəticəsində "Facebook", "Instagram"ın və "WhatsApp" messencerin sahibi olan korporasiya 2015-2021-ci illər arasında əlavə dəyər parametrləri qeyd etməyib. /Trend/