Tanınmış aktyor vəfat etdi - Foto
Dünya
“30 Rok” komediya teleserialında “Qriz” obrazı ilə tanınan aktyor Qriz Çepmen 52 yaşında vəfat edib.
News24.az-ın məlumatına görə, uzun müddətdir səhhətindəki roblemlərdən əziyyət çəkən aktyor yatdığı yerdə dünyasını dəyişib.
“30 Rok” serialında Treysi Cordanın cangüdəni rolunu canlandıran Çepmenin ölüm xəbərini sosial şəbəkədə onun əmisi oğlu və “Harlem Qlobtrotters” komandasının oyunçusu Donte Harrison yayıb.
Bildirilir ki, aktyor uzun illər davam edən xəstəlik və dializ müalicəsindən sonra vəfat edib. Ölümün dəqiq səbəbi isə açıqlanmayıb.