Tatarıstanda dron yaşayış binasına çırpıldı
Dünya
Tatarıstanda pilotsuz uçuş aparatı (PUA) yaşayış binasına çırpılıb.
News24.az xəbər vedrir ki, bu barədə respublika rəhbəri Rüstəm Minnixanov özünün teleqram kanalında məlumat verib.
O bildirib ki, səhər saatlarında respublikanın Zakamski rayonu düşmən PUA-larının kütləvi hücumuna məruz qalıb.
Dronlardan biri evə dəyib. Sakinlər təxliyə edilib və hazırda müvəqqəti sığınacaq hazırlanır.
"Üç zərərçəkən lazımi tibbi yardım alır", - Minnixanov yazıb.