Tatarıstanda matəm elan olundu
Dünya
Tatarıstanda Ukrayna Silahlı Qüvvələrinin Nijnekamska hücumu nəticəsində həlak olanlarla bağlı matəm elan edilib.
News24.az xəbər verir ki, bu barədə respublika rəhbəri Rustam Minnixanovun mətbuat xidməti məlumat yayıb.
“Nijnekamsk sakinləri, bütün Tatarıstan sizinlədir”, – deyə məlumatda bildirilib.
Qeyd edək ki, Tatarıstana pilotsuz uçuş aparatları ilə hücum avqustun 10-da səhər saatlarında həyata keçirilib.
Rəsmi məlumata görə, hücumların hədəfi həm istehsal müəssisələri, həm də mülki obyektlər olub.
Nəticədə 39 nəfər yaralanıb, 12 nəfər həlak olublar.