Tatarıstanda PUA hücumunda ölənlərin sayı artdı

Tatarıstanda PUA hücumunda ölənlərin sayı artdı Dünya

Tatarıstanın Nijnekamsk şəhərində obyektlərə pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücum nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.

News24.az xəbər verir ki, bu barədə Tatarıstan rəhbərinin mətbuat xidməti məlumat yayıb.

“Hazırda ölənlərin sayı 13 nəfərdir”, – deyə açıqlamada bildirilib.

Qeyd edək ki, bundan əvvəl hücum nəticəsində 12 nəfərin öldüyü, 39 nəfərin yaralandığı barədə məlumat verilib.

Nijnekamsk avqustun 10-u səhər saatlarında pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.

Tatarıstan rəhbəri Rüstəm Minnixanovun mətbuat xidməti bildirib ki, zərbələrin hədəfi sənaye və mülki obyektlər olub.