Taxıl sazişi, əsir mübadiləsi və kritik xəbərdarlıq – Ərdoğan daha nələrdən danışdı?
Dünya
Türkiyə Rusiya və Ukraynanı bir il ərzində üç dəfə İstanbulda bir araya gətirib.
News24.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 16-cı Səfirlər Konfransında çıxışı zamanı deyib.
O bildirib ki, məhz İstanbul prosesi nəticəsində taxıl sazişi və əsir mübadilələri kimi humanitar sahədə ciddi uğurlar əldə edilib.
Qara dənizdə gəmilərə qarşı yönələn hücumları pisləyən Türkiyə lideri bir daha tərəflərə xəbərdarlıq etməkdən çəkinməyib.
“Montrö Konvensiyasını tətbiq etməklə müharibənin Qara dənizə yayılmasının qarşısını aldıq. Ancaq son hücumlar gəmiçilik təhlükəsizliyini ciddi şəkildə təhdid edir. Mülki və ticarət gəmilərini hədəfə almağın heç kimə xeyri yoxdur. Bu barədə hər iki tərəfi açıq şəkildə xəbərdar edirik”, – Ərdoğan deyib.