Taylandda daşqın təhlükəsi ilə bağlı qırmızı siqnal verildi
Dünya
Taylandın Pxuket adasında güclü yağışlar səbəbindən daşqın təhlükəsi ilə bağlı qırmızı həyəcan siqnalı verilib.
News24.az xəbər verir ki, “The Nation” qəzetinin məlumatına görə, sakinlərə və sahibkarlara əşyalarını binaların yuxarı mərtəbələrinə keçirmək tövsiyə olunub.
Güclü yağışlar adada nəqliyyatda da problemlər yaradıb. Çalonq ərazisində tıxaclar yaranıb, bəzi yollar avtomobil və motosikletlərin hərəkəti üçün bağlanıb.