Taylandda daşqınlardan ölənlərin sayı 31-ə çatdı

Taylandda daşqınlardan ölənlərin sayı 31-ə çatdı Dünya

Taylandda həftələrdir davam edən güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində 31 nəfər ölüb.

News24.az xəbər verir ki, daşqınlar ölkənin səkkiz bölgəsində milyonlarla insana təsir edib.

Tayland Meteorologiya Agentliyi paytaxt Banqkok da daxil olmaqla, ölkənin mərkəzi, şərq və cənub hissələrində güclü yağışların davam edəcəyini və daşqın riskinin yüksək olduğunu açıqlayıb.

Məlumata görə, sentyabrın 16-dan bəri davam edən yağışlar 3,5 milyondan çox insana təsir edib.

Səlahiyyətlilər riskli ərazilərdə suyun daha sürətli boşaldılması və əlavə su nasoslarının quraşdırılması üçün tədbirləri gücləndirib.

Banqkok hökuməti isə daşqınların vurduğu ziyanın aradan qaldırılması üçün təxminən 122 milyon dollar vəsait ayırıb.