Tayvan sahillərində güclü zəlzələ oldu
Dünya
Tayvanın şimal-şərq sahillərində 5,6 maqnitudalı zəlzələ qeydə alınıb.
News24.az xəbər verir ki, bu barədə Tayvan Mərkəzi Meteorologiya İdarəsi (CWA) məlumat yayıb.
Yeraltı təkanların episentri dənizdə, İlan şəhərindən 39,4 kilometr şərqdə yerləşib. Ən güclü təkanlar İlan və Hualyan rayonlarının bir neçə ərazisində hiss olunub.
Dağıntılar və xəsarət alanlar barədə hələlik məlumat daxil olmayıb.