Tbilisi su altında qaldı - Video
Dünya
Tbilisidə yağan güclü yağışlardan sonra şəhərin bir çox ərazisini su basıb.
News24.az xəbər verir ki, şəhər meriyası problemli ərazilərə Fövqəladə Halların İdarə Olunması Xidmətinin və Patrul Polislərinin səfərbər edildiyini bildirib.
"Hazırkı məlumatlara görə, güclü yağış nəticəsində küçələr, zirzəmilər, eləcə də "Rustaveli" və "Vaja-Pşavela" metro stansiyaları su altında qalıb.
Xüsusilə böyük həcmdə yağıntı Tamarakaşvili prospektində müşahid olunub.
Saburtalo rayonunda, Çikovani küçəsində qaz kəməri zədələnib, bu səbəbdən yaxınlıqdakı binanın sakinləri təxliyə olunub. Hazırda şəbəkənin bərpası işləri aparılır.
Tbilisi Meriyasının müvafiq xidmətləri, eləcə də paytaxtın rayon icra hakimiyyətləri fövqəladə rejimdə çalışırlar.