Tbilisidə bağçada uşaqları cərəyan vurdu

Tbilisidə bağçada uşaqları cərəyan vurdu Dünya

Gürcüstanda uşaq bağçasında azyaşlıları cərəyan vurub.

News24.az xəbər verir ki, hadisə Tbilisidə yerləşən 109 saylı uşaq bağçasında baş verib.

Məlumata görə, pilləkənlərin məhəccərlərindən elektrik cərəyanı keçib və bir neçə uşağı "tok vurub".

Valideynin sözlərinə görə, hadisədən sonra bağça rəhbərliyi təcili tibbi yardım briqadası çağırmayıb.

Müəllimlərin operativ müdaxiləsi nəticəsində daha ağır hadisənin qarşısı alınıb.

Valideynlər bildiriblər ki, bu, son iki ay ərzində uşaqların həyatını təhlükəyə atan ikinci hadisədir.

Onlar iddia edir ki, əvvəlki hadisədə uşaqlar zəhərlənib, bu dəfə isə onları elektrik cərəyanı vurub.

Həmçinin bağça rəhbərliyinin hadisənin ictimailəşdirilməsini istəmədiyi və müəllimlərə təcili yardım çağırmağa icazə vermədiyi vurğulanıb.

Valideyn bağçada uşaqların olduğu vaxtlarda qaynaq işlərinin aparılmasından da narazılığını bildirib və baş verənlərə görə kimin məsuliyyət daşıdığını soruşub.