Tbilisidə etirazçılar parlament binası yaxınlığında Rustaveli prospektini bağlayıblar
Müxalifət tərəfdarları Gürcüstan prezidentinin sarayından parlamentə doğru hərəkət edərək onun yanından keçən Rustaveli prospektini kəsiblər.
News24.az xarici mətbuata istinadən xəbər verir ki, əvvəlcə Gürcüstanın sabiq prezidenti Salome Zurabişvili Obreliani sarayını tərk edib. Üç minə yaxın tərəfdarın onu alqışlarla yola saldığı bildirilib.
Bundan sonra etirazçıların bir hissəsi sarayın yaxınlığında qalıb, bir qismi isə parlamentə keçib. Etirazçılar yeni dövlət başçısı, futbolçu karyerası ilə tanınan Mixail Kavelaşviliyə “qırmızı vərəqə” göstəriblər.
Ağa Dadaşzadə