Təcili yardım maşını ilə avotomobil toqquşdu: Sürücü və həkim öldü

Təcili yardım maşını ilə avotomobil toqquşdu: Sürücü və həkim öldü Dünya

Rusiyanın Kareliya bölgəsində avtomobil təcili yardım maşınına çırpılıb.

News24.az xəbər verir ki, bu barədə “Daily Kareliya” Telegram kanalı məlumat yayıb.

Qəza nəticəsində təcili tibbi yardım xidmətinin iki əməkdaşı — 46 yaşlı sürücü Aleksandr Zalyajnı və 68 yaşlı pediatr Oleq Stusenko həlak olublar.

Məlumata görə, onlar yeddi aylıq körpə ilə bağlı çağırışa gedirmişlər.

Hadisə zamanı təcili yardım avtomobili xüsusi siqnallarını işə salmış vəziyyətdə hərəkət edib.

Digər avtomobilin sürücüsü xəsarət alıb.

Hadisə yerinə gələn tibb işçiləri onu xəstəxanaya yerləşdiriblər.

Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları və xilasedicilər cəlb edilib.