Tehran bazarında böhran: “Əhalinin alış-veriş etməyə imkanı yoxdur”

Tehran bazarında böhran: “Əhalinin alış-veriş etməyə imkanı yoxdur” Dünya

Tehran bazarında böhran höküm sürür.

News24.az xəbər verir ki, bu barədə bazarda çalışanlar bildiriblər.

Satıcılardan biri qeyd edib ki, əvvəlki illərdə Tehranın Böyük Bazarında adətən məktəblərin açılması ərəfəsində dəftərxana ləvazimatları, geyim və digər gündəlik tələbat mallarına tələbat artdığı üçün bazarda canlanma müşahidə olunurdu. Ancaq bu il nəzərəçarpacaq dərəcədə sakitlikdir.

Onun sözlərinə görə, qiymətlərin kəskin artması və əhalinin alıcılıq qabiliyyətinin azalması ailələrin alış-verişlərini məhdudlaşdırmasına səbəb olub.