"Tehran heç vaxt nüvə silahına sahib olmayacaq" - Tramp
Dünya
“İranın nüvə silahından imtina etməsi müvafiq sənədlərdə rəsmi şəkildə təsbit olunacaq”.
News24.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində Yaxın Şərqdəki vəziyyətin nizamlanmasından danışarkən deyib.
Amerika liderinin sözlərinə görə, Tehran heç vaxt nüvə silahına sahib olmayacaq.
"Onlar artıq buna sahib ola bilməzlər. Lakin bu, rəsmi şəkildə də sənədlərdə təsbit ediləcək", – deyə Tramp bildirib.
Qeyd edək ki, ötən həftə Tramp ABŞ ilə İranın avqustun 3-də danışıqlar aparacağını açıqlamışdı. Lakin buna cavab olaraq İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bəyan edib ki, İranın ABŞ ilə heç bir danışıqları yoxdur və hazırda yalnız Omanla Hörmüz boğazında təhlükəsiz gəmiçiliyin təmin edilməsi məsələsini müzakirə edir.
Bundan sonra Tramp İran hakimiyyətini "ikiüzlülükdə" ittiham edib.