Tehran metrosu sığınacağa çevrilir

Tehran metrosu sığınacağa çevrilir Dünya

Tehranın Şəhər Şurasının sədri Mehdi Çəmran metro stansiyalarının sığınacaq kimi hazırlanması ilə bağlı işlərin aparıldığını bildirib.

News24.az “Didban” saytına istinadla xəbər verir ki, Çəmran jurnalistlərə açıqlamasında sığınacaq kimi müəyyən edilən metro stansiyalarının xüsusi lövhələrlə işarələnəcəyini deyib.

Onun sözlərinə görə, bu stansiyalar və onların yerləşdiyi ərazilər barədə əhali məlumatlandırılacaq.

Tehranın Şəhər Şurasının sədri bildirib ki, hazırda həmin metro stansiyalarının sığınacaq kimi istifadəyə hazırlanması üçün işlər görülür. Stansiyaların daxilində və yaxınlığında lazım olan şəraitin yaradılması da nəzərdə tutulur.

Qeyd edək ki, Tehran metrosunda 7 xətt və 163 stansiya var. (Unikal)