Tehranda dəhşətli yanğın: 1 ölü, 5 yaralı var

Tehranda dəhşətli yanğın: 1 ölü, 5 yaralı var Dünya

İranın Tehran vilayətinin Nəsirabad sənaye şəhərciyindəki obyektdə yanğın olub.

News24.az xəbər verir ki, bu barədə SEPAH məlumat yayıb.

Bildirilib ki, yanğın alışqan istehsalı ilə məşğul olan obyektdə baş verib.

“Bu gün səhər Tehran vilayətinin Rubat Kərim bölgəsindəki Nəsirabad sənaye şəhərciyində baş vermiş yanğın nəticəsində 1 nəfər həyatını itirib və 5 nəfər yaralanıb”, – deyə əlavə edilib.