Tehranda su böhranı: İçməli su iki həftəyə tükənə bilər
Dünya
İranın paytaxtı Tehran tarixinin ən ciddi quraqlığı ilə üz-üzə qalıb. Şəhərin əsas su mənbəyi olan Əmir Kəbir bəndində su səviyyəsi 8 faizə enib.
News24.az xəbər verir ki, rəsmilərin məlumatına görə, paytaxtın içməli su ehtiyatı təxminən iki həftəyə tükənə bilər. Tehran Su Şirkətinin rəhbəri Behzad Parsa bildirib ki, hazırda anbarda cəmi 14 milyon kubmetr su qalıb, halbuki ötən il bu göstərici 86 milyon kubmetr idi.
Prezident Məsud Pezeşkiyan hökuməti təcili tədbirlər görməyə çağırıb.
Mütəxəssislər bildirirlər ki, yaranmış böhran təkcə iqlim dəyişikliyinin deyil, həm də illərlə aparılan səmərəsiz idarəetmə və yeraltı suların həddən artıq istifadəsinin nəticəsidir.