Təl-Əvivə uçan təyyarədə bomba həyəcanı: sərnişinlər təxliyə edildi

Təl-Əvivə uçan təyyarədə bomba həyəcanı: sərnişinlər təxliyə edildi Dünya

Nyu-Yorkdan İsrailin Təl-Əviv şəhərinə uçan “Delta” aviaşirkətinə məxsus təyyarədə partlayıcı qurğunun olması ilə bağlı məlumat daxil olub.

News24.az xəbər verir ki, bu barədə İsrailin "i24News" telekanalının jurnalisti Qay Azriel sosial şəbəkə hesabında məlumat yayıb.

Onun sözlərinə görə, Ben Qurion Hava Limanına enən təyyarə hazırda yoxlanılır. Təhlükəsizlik tədbirləri çərçivəsində bütün sərnişinlər və ekipaj üzvləri təyyarədən təxliyə olunublar.

Qeyd edək ki, sentyabrın 30-da “Flydubai” aviaşirkətinə məxsus təyyarədə də təhlükəli insident baş verib. Təyyarə qaçırılma siqnalı verdikdən sonra radarlardan itib və daha sonra Səudiyyə Ərəbistanında təcili eniş edib. Məlumata görə, ikinci pilot təyyarəni vurmağa cəhd göstərib, lakin kapitanın müdaxiləsi nəticəsində hadisənin qarşısı alınıb. Kapitan ağır yaralanıb, sərnişinlər isə hücumçunun zərərsizləşdirilməsinə kömək ediblər.

İsrail tərəfi həmin hadisənin terror aktı ola biləcəyini istisna etmir. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi isə insidentin Tehranı və ya regionun digər ölkələrini günahlandırmaq məqsədilə təşkil edildiyini iddia edib.