Televizor və robot tozsoranlarla bağlı təhlükə
Dünya
Televizor və robot tozsoranlar süni intellekt hücumları üçün istifadə oluna bilər
News24.az xəbər verir ki, bu, rusiyalı mütəxəssislərin apardığı araşdırmalar nəticəsində bəlli olub.
Onların sözlərinə görə, televizor və ya robot tozsoranı kibercinayətkarlar üçün ciddi imkan yaratmasa da, minlərlə belə cihazın vahid şəbəkədə birləşdirilməsi genişmiqyaslı infrastruktur formalaşdıra bilər.
Mütəxəssislər bu sxemi kriptovalyuta mayninqi üçün istifadə olunan virusların fəaliyyətinə bənzədib.
Belə ki, ayrı-ayrılıqda məhdud hesablama imkanlarına malik cihazlar kütləvi şəkildə virusa yoluxdurulduqda onların resursları birləşdirilə bilər.
Bu infrastruktur zərərli proqramların yayılması ilə yanaşı, süni intellekt agentlərinin fəaliyyətini təmin etmək üçün də istifadə oluna bilər.