Tesla sahibindən qeyri-adi ixtira: Avtomobilə günəş paneli quraşdırdı
Dünya
Tesla Model Y sahibi Omid Sadeghpour avtomobilin yürüş məsafəsini artırmaq üçün qatlanan günəş paneli sistemi hazırlayıb.
News24.az xəbər verir ki, təxminən iki il ərzində hazırlanan sistem avtomobil park vəziyyətində olarkən günəş enerjisini elektrik enerjisinə çevirərək batareyanı doldurur.
İlk prototip 9 ədəd, hər biri 175 vatt gücündə olan elastik paneldən ibarətdir. Əlverişli hava şəraitində sistem gündə təxminən 6 kVt/saat enerji istehsal edərək Tesla Model Y-yə 32 kilometrə qədər əlavə yürüş məsafəsi qazandıra bilir.
Layihə daha sonra “DartSolar” adlı şirkətə çevrilib. Şirkət müxtəlif elektrik avtomobilləri üçün qatlanan günəş paneli sistemləri hazırlayır. Sistem təxminən 10 saniyəyə açılıb-bağlana bilir. (Yeni Sabah)