"Təslim olana qədər davam edəcəyik" - Tehrandan Trampa cavab

"Təslim olana qədər davam edəcəyik" - Tehrandan Trampa cavab Dünya

ABŞ Prezidenti Donald Trampın İrana qarşı sərt hərbi müdaxilə bəyanatları Tehranın kəskin reaksiyası ilə qarşılanıb.

News24.az xəbər verir ki, İran rəsmi dairələri münaqişənin qarşı tərəf təslim olana qədər davam edəcəyini bəyan ediblər.

Tramp televiziya vasitəsilə xalqa müraciətində İranla davam edən hərbi qarşıdurmada 13 ABŞ əsgərinin həlak olduğunu rəsmən təsdiqləyib. O, yaxın 2-3 həftə ərzində İranın strateji hərbi hədəflərinə daha güclü zərbələr endiriləcəyini vurğulayıb. ABŞ liderinin sözlərinə görə, bəzi mühüm obyektlər hələ hədəf alınmayıb, lakin gələcəkdə bu variantın reallaşacağı istisna edilmir.

Tehran tərəfi isə təhdidlərə geri çəkilməyərək cavab verib. İran Silahlı Qüvvələrinin sözçüsü İbrahim Zülfiqari açıqlamasında ölkəsinin hərbi əməliyyatları dayandırmayacağını bildirib. O, qarşı tərəfin (ABŞ) bu münaqişədən "davamlı peşmançılıq və sonda təslimiyyətlə" çıxacağını iddia edib.