Texnologiya nəhəngi yeni planını açıqladı: 13 milyard dollar...

Texnologiya nəhəngi yeni planını açıqladı: 13 milyard dollar... Dünya

“Amazon” şirkəti 2030-cu ilədək Hindistanda süni intellekt və bulud xidmətlərinin inkişafı üçün əlavə 13 milyard dollar vəsait ayıracağını açıqlayıb.

News24.az xəbər verir ki, “Amazon”un baş icraçı direktoru Endi Cessi bu barədə Hindistanın Baş naziri Narendra Modi ilə Yeni Dehlidə keçirdiyi görüşdən sonra məlumat verib.

Bildirilib ki, bu məbləğ ötən il elan olunan 35 milyard dollarlıq investisiyaya əlavə ediləcək. Beləliklə, şirkətin Hindistana ümumi yatırımı 48 milyard dollara çatacaq.

Onun sözlərinə görə, ümumi investisiyanın 21 milyard dollardan çoxu süni intellekt və bulud infrastrukturunun genişləndirilməsinə sərf olunacaq.