Təyyarə qəzasında müsiqiçilər də həlak olub

Təyyarə qəzasında müsiqiçilər də həlak olub Dünya

Baham adalarında baş verən və 10 nəfərin həyatına son qoyan təyyarə qəzasında ölənlər arasında musiqiçilər də olub.

News24.az xəbər verir ki, bu barədə Baham Musiqiçiləri və Əyləncə Sənayesi İşçiləri Birliyi məlumat yayıb.

Qəzadan sonra hökumət təhlükəsizlik məqsədilə “Flaminqo Air” aviaşirkətinin uçuşlarını müvəqqəti dayandırıb.

Qeyd edək ki, təyyarə qəzası 11 iyul tarixində arxipelaqın paytaxtı Nassau şəhərinin qərbində yerləşən Şimali Andros adasında baş verib.

Hazırda qəzanın səbəbləri araşdırılır. /AP/