Təyyarə qəzaya uğradı - 8 nəfərdən xəbər yoxdur
Dünya
Alyaskanın qərbində yerləşən uzaq radiolokasiya stansiyasının yaxınlığında təyyarə qəzaya uğrayıb.
News24.az xəbər verir ki, bu barədə ABŞ-nin Nəqliyyat Təhlükəsizliyi üzrə Milli Şurası məlumat yayıb.
Qurumun regional bölməsinin rəhbəri Klint Conson bildirib ki, təyyarədə iki pilot və altı sərnişin olub.
Onların vəziyyəti ilə bağlı hələlik məlumat yoxdur.
Onun sözlərinə görə, təyyarə Ankoric şəhərindən havaya qalxıb və cümə axşamı günün birinci yarısında Nyuvenhemə eniş zamanı qəzaya uğrayıb.
Hadisənin səbəbləri hələlik məlum deyil.
Alyaska Xilasetmə Əməliyyatlarının Koordinasiya Mərkəzi təyyarə qəzası barədə məlumat aldıqdan sonra axtarış-xilasetmə əməliyyatına başlayıb.