Təyyarə qəzaya uğradı - Dəhşətli görüntülər

Təyyarə qəzaya uğradı - Dəhşətli görüntülər Dünya

Dominikan Respublikasında ABŞ qeydiyyatlı N318JF nömrəli şəxsi təyyarə qəzaya uğrayıb.

News24.az xəbər verir ki, GALX modelli təyyarə La Romana şəhərindən təxminən 16 dəniz mili cənub-qərbdə olarkən fövqəladə vəziyyət elan edib.

Ekipaj La Romana Beynəlxalq Hava Limanına qayıtmağa çalışsa da, təyyarə manevr zamanı qəzaya uğrayıb.

Təyyarədə iki nəfər — birinci və ikinci pilot olub. Onların hər ikisi qəza zamanı ölüb.

Məlumata görə, təyyarə ABŞ-də qeydiyyatdan keçib və biznes aviasiya şirkətinə məxsus olub.

Təyyarə çarter reysi həyata keçirməli və sərnişinləri daşımalı olub. / La Nacion/