Təyyarə qəzaya uğradı - Ölənlər var

Təyyarə qəzaya uğradı - Ölənlər var Dünya

Kaliforniyada yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

News24.az xəbər verir ki, qəza nəticəsində iki nəfər həyatını itirib.

Yerli polis nümayəndəsinin sözlərinə görə, təyyarə havaya qalxdıqdan qısa müddət sonra qolf meydançasına düşüb.

ABŞ aviasiya orqanları qəza ilə bağlı araşdırmaya başlayıb.