Təyyarə qəzaya uğradı - Ölənlər var

Təyyarə qəzaya uğradı - Ölənlər var Dünya

ABŞ-nin Arizona ştatında, Qrand-Kanyon Milli Parkı yaxınlığında “Piper Comanche” təyyarəsinin qəzaya uğraması nəticəsində üç nəfər həlak olub.

News24.az xəbər verir ki, bu barədə ABŞ Milli Parklar Xidməti (NPS) məlumat yayıb.

Məlumata görə, təyyarə və onun qalıqları noyabrın 16-da saat 10:15 radələrində “Basin” adlanan ərazidə açkarlanıb.

Qəzadan sağ çıxan olmayıb.

Bildirilib ki, təyyarənin itkin düşməsi barədə məlumat xilasedicilərə noyabrın 15-də gecə saatlarında daxil olub. Təyyarənin sonuncu dəfə Qrand-Kanyonun şimal hissəsində qeydə alındığı müəyyən edilib.

Axtarış-xilasetmə əməliyyatları termal kameralar və gecəgörmə cihazları ilə təchiz olunmuş hava vasitələrinin köməyi ilə aparılıb.

Qəzanın səbəbləri araşdırılır.