Təyyarə teleskopik sərnişin keçidi ilə toqquşdu
Dünya
Moskvada Şeremetyevo hava limanında teleskopik sərnişin keçidinə toxunan təyyarənin qanadı zədələnib.
News24.az xəbər verir ki, “iFly” aviaşirkətinə məxsus “Airbus A330” təyyarəsi Xabarovskdan Moskvaya reys həyata keçirib.
Təyyarə sərnişinlərin terminala daxil olması üçün istifadə edilən teleskopik keçidə birləşdirilmək məqsədilə dayanacağa yönəlib.
Dayanacaq zamanı təyyarənin sol qanadı keçidin kabinəsinə çırpılıb.
Nəticədə hava gəmisinin qanadının ön kənarındakı mexanizmi — ön qanadcıq (slat) zədələnib.
Zədələnmiş detal qısa müddətdə dəyişdirilsə də, təyyarə istismardan çıxarılıb.
Teleskopik sərnişin keçidi də təmir ediləcək.