Təyyarədə sərnişin insult keçirərək öldü

Təyyarədə sərnişin insult keçirərək öldü Dünya

Moskva-Vladivostok reysi ilə uçan sərnişin təyyarədə vəfat edib.

News24.az xəbər verir ki, REN TV-nin məlumatına görə, sərnişinin səhhəti uçuş zamanı pisləşib və ona ilkin tibbi yardım göstərilib.

Vəziyyəti ağırlaşan sərnişinə görə təyyarə Blaqoveşçensk şəhərində təcili eniş edib. Heyət və təyyarədəki həkim onun həyatını xilas etməyə çalışıblar.

Lakin enişdən sonra təyyarəyə daxil olan həkimlər sərnişinin öldüyünü bildiriblər. İlkin məlumata görə, ölümə insult səbəb olub.