Təyyarədə soyunan qadın görün nə etdi
Dünya
ABŞ-də sərnişin uçuş zamanı soyunaraq nalayiq hərəkətlər etdiyi üçün saxlanılıb.
News24.az xəbər verir ki, hadisə sentyabrın 11-də Baltimor/Vaşinqton Beynəlxalq Hava Limanından Mayamiyə uçan “American Airlines” aviaşirkətinə məxsus təyyarədə baş verib.
Belə ki, stüardessa 9D oturacağında əyləşən qadının soyunduğunu və digər sərnişinlərin qarşısında nalayiq hərəkətlər etdiyini pilotlara bildirib. Kapitan hava nəqliyyatı dispetçerinə məlumat verib, dispetçer isə hüquq-mühafizə orqanları ilə əlaqə saxlayıb.
Təyyarə Mayamiyə enəndə polis hava gəmisinin qarşısında qadını gözləyib və onu saxlayıb.
Hadisə ilə bağlı əlavə məlumat verilməyib.