RƏSMİ: Təyyarənin qalıqları tapıldı – Video

RƏSMİ: Təyyarənin qalıqları tapıldı – Video Dünya

Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyəyə məxsus təyyarənin qalıqları tapılıb.

News24.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya özünün sosial media hesabında paylaşım edib.

"Gürcüstan daxili işlər naziri cənab Gela Geladze ilə mütəmadi olaraq əlaqədəyik. Hörmətli nazir C-130 hərbi yük təyyarəmizin qalıqlarını 17:00-da aşkar edib və axtarış-xilasetmə işləri davam etdirilir. Şəhidlərimizə Allahdan rəhmət, millətimizə, ailələrinə isə başsağlığı diləyirəm. Məqamları ali olsun", – paylaşımda bildirilir.