Tibb bacısı yaşlı qadından 912 min avro oğurladı – Ömürlük işindən oldu

Tibb bacısı yaşlı qadından 912 min avro oğurladı – Ömürlük işindən oldu Dünya

Uelsdə tibb bacısı Rebekka Börvud 99 yaşlı qadından 912 min avro oğurlamaqda təqsirli bilinib.

News24.az xəbər verir ki, məhkəmə onu ömürlük tibb bacısı işləmək hüququndan məhrum edib.

Bildirilib ki, Börvud yaşlı qadına qulluq edib və onun etibarından istifadə edərək evini öz adına keçirib. O, həmçinin qadının bank hesabından beş il ərzində 440 min avro çıxarıb.

Oğurlanan pulun bir hissəsi evin təmirinə, avtomobilə və şəxsi xərclərə sərf edilib. Bank hesabdan külli miqdarda pul çıxarıldığını aşkar etdikdən sonra polisə məlumat verib.

Məhkəmə tibb bacısının yaşlı qadının vəziyyətindən istifadə etdiyi qənaətinə gəlib.