Ticarət mərkəzində atışma: - XƏSARƏT ALANLAR VAR

Ticarət mərkəzində atışma: - XƏSARƏT ALANLAR VAR Dünya

Taylandın Banqkok şəhərində ticarət mərkəzində atışma olub. 

News24.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Nəşrin məlumatına görə, gənc oğlan ticarət mərkəzində insanları güllələyib. Hadisə nəticəsində 3 nəfər ölüb, 4 nəfər isə yaralanıb. Yaralıların vəziyyəti ilə bağlı təfərrüatlar hələlik açıqlanmayıb.

Qeyd edək ki, Siam Paragon Ticarət Mərkəzi  Taylandın ən məşhur ticarət mərkəzidir.

Aynurə