"Time" jurnalı Trampın ağzını "yumdu"
Dünya
ABŞ-nin “Time” jurnalı prezident Donald Trampın ağzı yapışdırılmış fotosu ilə yeni üz qabığını təqdim edib.
News24.az xəbər verir ki, nəşr fotonu “Facebook” sosial şəbəkəsində yayımlayıb.
Üz qabığı ABŞ-də keçirilən aralıq Konqres seçkilərinə həsr olunub. Fotoda Trampın ağzı üzərində “Mən səs verdim” yazısı olan stikerlə bağlanıb.
Jurnalın paylaşımında bildirilib ki, Trampın Vaşinqtona qayıdışından sonra ilk dəfə demokratlar qanunvericilik gündəliyini müəyyənləşdirmək, administrasiya rəsmilərini ifadə verməyə çağırmaq, korrupsiya iddialarını araşdırmaq və respublikaçıları çətin qərarlar qəbul etməyə məcbur etmək imkanı əldə edəcəklər.
Qeyd edək ki, noyabrın 3-də ABŞ-da keçirilən aralıq seçkilərin nəticələrinə əsasən, Demokratlar Partiyası Konqresin Nümayəndələr Palatasında çoxluğu əldə edib.
“Associated Press”in məlumatına görə, Senatda demokratlar 53, respublikaçılar isə 42 mandat qazanıblar. Nümayəndələr Palatasında isə demokratlar 221, respublikaçılar 129 yerlə təmsil olunurlar.