Tokayev Paşinyanı qələbə münasibəti ilə təbrik etdi

Tokayev Paşinyanı qələbə münasibəti ilə təbrik etdi Dünya

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, «Mülki Müqavilə» partiyasının parlament seçkilərində qazandığı qələbə münasibətilə Ermənistanın Baş naziri Nikol Paşinyana təbrik məktubu göndərib.

News24.az xəbər verir ki, Tokayev məktubunda əksər beynəlxalq müşahidəçilərin ilkin məlumatlarına görə, Ermənistandakı seçki prosesinin açıq keçdiyini, ölkənin qüvvədə olan qanunvericiliyinə tam uyğun olduğunu və vətəndaşların öz iradələrini sərbəst şəkildə ifadə etmələri üçün bütün zəruri şəraitin yaradıldığını qeyd edib.

Kasım-Jomart Tokayev Nikol Paşinyana Ermənistanın uzunmüddətli milli maraqlarının reallaşdırılmasına yönəlmiş fəaliyyətində uğurlar arzulayıb.

“Qazaxıstan dost Ermənistanla qarşılıqlı maraq doğuran bütün sahələrdə aktiv əməkdaşlığı davam etdirməyə hazırdır”, — deyə Tokayev vurğulayıb.

Sonda o, bütün erməni xalqına dövlətçiliyin inkişafı yolunda uğurlar, həmçinin sülh, əmin-amanlıq və rifah arzulayıb. /News.am/