Toyda faciə: 22 nəfər öldü – Bu ölkədə

Toyda faciə: 22 nəfər öldü – Bu ölkədə Dünya

Konqo Demokratik Respublikasının paytaxtı Kinşasada toy mərasimi zamanı baş verən yanğın nəticəsində azı 22 nəfər həyatını itirib, çox sayda insan yaralanıb.

News24.az xəbər verir ki, məlumata görə, toy mərasimi keçirilən zaman salonda qəfil yanğın başlayıb. Alovun hansı səbəbdən baş verdiyi hələlik müəyyən edilməyib.

Yanğın zamanı salonda panika yaranıb və insanların çıxışa doğru qaçması izdihama səbəb olub. Nəticədə ölən və yaralananların olduğu bildirilir.

Yaralılar Kinşasadakı müxtəlif tibb müəssisələrinə çatdırılıb. Hadisənin səbəblərinin müəyyənləşdirilməsi və təhlükəsizlik qaydalarına riayət olunub-olunmadığının araşdırılması üçün araşdırma başlanıb.