Toyda gəlinə 44 milyonluq qızıl taxdı, saxlanıldı

Toyda gəlinə 44 milyonluq qızıl taxdı, saxlanıldı Dünya

Türkiyədə sosial mediada “Vanlı Kara Haydar” kimi tanınan Mehmet Fatih Tançalan saxlanılıb.

News24.az xəbər verir ki, Van Baş Prokurorluğu Tançalanın sosial media paylaşımları ilə bağlı araşdırma başladıb.

O, Türkiyə xalqını, Türkiyə Cümhuriyyətini, dövlət qurumlarını və orqanlarını təhqir etmə ilə bağlı Türkiyə Cinayət Məcəlləsinin 301-ci maddəsi üzrə istintaqa cəlb olunub.

Polis sentyabrın 8-də gecə saat 03:00 radələrində Tançalanın Vanın Muradiyə rayonundakı evində əməliyyat keçirərək onu saxlayıb.

Araşdırma zamanı Tançalanın toyunda gəlinə taxdığı külli miqdarda qızıllar da araşdırmaya daxil edilib.

Hüquq-mühafizə orqanları qızılların və digər əmlakın mənbəyinin müəyyənləşdirilməsi üçün Mali Cinayətləri Araşdırma Şurasına (MASAK) müraciət edib.

Sözügedən qızılların 44 milyon TL dəyərində olduğu bildirilir.

Hazırda Tançalanın polis idarəsində hüquqi prosedurları davam etdirilir.

Prosedurlar başa çatdıqdan sonra onun Van Baş Prokurorluğuna göndəriləcəyi bildirilib.