Toyunda 75 milyonluq boyunbağı taxdı
Dünya
Məşhur futbolçu Kriştiano Ronaldonun həyat yoldaşı Corcina Rodriges gizli keçirilən toyunda 75 milyon dollar dəyərində zinət əşyaları taxıb.
News24.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
“Abelini” zərgərlik brendinin təsisçisi Nilesh Raholiya bildirib ki, Corcina Rodriges toy mərasimində “Şopard” brendinin “Kalahari bağı” kolleksiyasından olan boyunbağı taxıb.
Boyunbağı 50 karatlıq brilyantla bəzədilib.
“Onun taxdığı sadəcə bahalı brilyant boyunbağı deyil. Bütün bu iri daşlar əvvəlcə emal olunmamış almazlar olub və onların mənşəyi zinət əşyasını bu qədər xüsusi edən əsas amillərdən biridir”, – zərgər bildirib.
Raholiya qeyd edib ki, zinət əşyasının dəqiq qiymətini müəyyənləşdirmək mümkün deyil, çünki bu məhsulu yalnız xüsusi sifarişlə əldə etmək olar.
Bununla belə, “Daily Mail” jurnalistləri boyunbağının təxminən 75 milyon dollar dəyərində ola biləcəyini iddia edirlər.