Tramp: ABŞ Çinə pislik deyil, yaxşılıq etmək istəyir

Tramp: ABŞ Çinə pislik deyil, yaxşılıq etmək istəyir Dünya

ABŞ Çinə pislik deyil, yaxşılıq etmək istəyir.

News24.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində yazıb.

"Çin üçün narahat olmayın, hər şey yaxşı olacaq. Hörmətli Prezident Si Cinpin ölkəsi üçün depressiya istəmir, mən də istəmirəm. Birləşmiş Ştatlar Çinə zərər vermək deyil, kömək etmək istəyir" - deyə Tramp qeyd edib.

Xatırladaq ki, Tramp daha əvvəl ABŞ-nin Çindən idxal edilən mallara əlavə 100% rüsum tətbiq edəcəyini açıqlamışdı.