Tramp administrasiyası yüzlərlə ukraynalını geri göndərir

Tramp administrasiyası yüzlərlə ukraynalını geri göndərir Dünya

Tramp administrasiyası çox sayda ukraynalının ABŞ-dən deportasiyasına hazırlaşır.

News24.az xəbər verir ki, bu barədə “The Washington Post” yazır.

ABŞ-dəki Ukrayna səfirliyinin məlumatına görə, hazırda Amerika qanunvericiliyini pozduğu üçün deportasiya olunmasına qərar verilən təxminən 80 Ukrayna vətəndaşı barədə məlumat var. Onların bəzilərinə artıq xəbərdarlıq edilib ki, yaxın vaxtlarda hərbi və ya çarter reysi ilə Ukraynaya və ya Polşaya göndəriləcəklər.

Ukraynalılara deportasiya qərarından şikayət etmək imkanı verilmir.